Sabunçuda "Opel" markalı minik avtomobili yandı

Sabunçuda "Opel" markalı minik avtomobili yandı

Bakıda yanğın hadisəsi qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) saytı xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus "Opel" markalı minik avtomobilinin mühərrikində elektrik avadanlıqları yanıb. Avtomobilin qalan hissəsi və yol kənarında dayanmış digər avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 20:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə