İtaliyada ölənlərin sayı 38 oldu

100 nəfər itkin düşüb
İtaliyada ölənlərin sayı 38 oldu

İtaliyada baş verən zəlzələ nəticəsində ölənlərin sayı durmadan artmaqdadır. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, son məlumatlarda ölənlərin sayının 38 olduğu açıqlanır. İtaliyanın təkcə Pescara Del Tronto şəhərində zəlzələ nəticəsində xeyli insanın zərərçəkdiyi və 100-ə yaxın şəxsin itkin düşdüyü deyilir.

Qeyd edək ki, bundan əvvəlki açıqlamada dağıntılar səbəbindən xilasedicilərin hadisə mərkəzinə bir neçə saat gecikdiyi bildirilirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə