2 nəfəri "tok" vurdu

Azərbaycanda iki nəfər elektrik cərəyanı vurması nəticəsində ölüb. SİA-nın Daxili İşlər Nazirliyinin (DİN) rəsmia saytına istinadən verdiyi xəbərə görə, avqustun 23-də Xəzər rayonunun Zirə qəsəbəsində yaşayan Eynulla Əşrəfovu evində, Qəbələ rayonunun Savalan kəndində yaşayan Ağali Çələbiyevi isə həyətində elektrik cərəyanı vurub.

Hər iki şəxs hadisə yerində ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə