FHN batan şəxsi xilas edib

Bu gün Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. SİA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıblar. Həmin şəxs aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 09:30-da başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə