Göyçayda keçirilən toyda 40 adam qidadan zəhərləndi

Göyçayda keçirilən toyda 40 adam qidadan zəhərləndi

Göyçay rayonunun Yekəxana kəndində keçirilən toy mərasimində kütləvi qida zəhərlənməsi baş verib. Report-un məlumatına görə, toyda 40-a yaxın vətəndaş zəhərlənib. Zəhərlənmiş insanlar Göyçay rayon Qaraməryəm kənd sahə xəstəxanasına və Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Zərərçəkənlərə ilkin tibbi yardım göstərilib. Zəhərlənmənin toyda verilən şirələrdən baş verdiyi ehtimal olunur. Hazırda araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə