Permyakov ömürlük həbs aldı

Ermənistanda Avetisyan ailəsinin 7 üzvünü qətlə yetirməkdə günahlandırılan Gümrüdəki 102 saylı hərbi hissənin əsgəri olmuş Valeri Permyakovun məhkəməsi yekunlaşıb. SİA "Aysor.am"a istinadən xəbər verir ki, məhkəmənin qərarı ilə rusiyalı hərbçi ömürlük həbsə məhkum edilib.

Onun vəkili Eduard Ağacanyan bildirib ki, Permyakov məhkəmədə özünü günahkar hesab edib.

Qeyd edək ki, ötən il hərbi hissəni özbaşına tərk edən Permyakov bir erməni ailəsinin iki azyaşlı uşaq da daxil olmaqla 7 üzvünü qətlə yetirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə