Yaşayış binasında elektrik sayğacları yanıb

Yaşayış binasında elektrik sayğacları yanıb

Bakıda yanğın hadisəsi qeydə alınıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının zirzəmisində quraşdırılmış 15 ədəd elektrik sayğacı və 1 p.m çıxış kabeli yanıb.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə