Tovuzda minik avtomobili piyadanı vurub öldürdü

Tovuzda ölümlə nəticələnən yol nəqliyyat qəzası baş verib. APA-nın verdiyi məlumata görə, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.

Kənd sakini Boris Yusibov idarə etdiyi "VAZ 21011" markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən qohumu, 1964-cü il təvəllüdlü Qabil Rüstəmovu vurub. Q. Rüstəmov dərhal Tovuz Mərkəzi rayon xəstəxanasına çatdırılsa da, həyatını qurtarmaq mümkün olmayıb. Faktla bağlı Tovuz rayon Polis şöbəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə