Dəhşət: Oğul atasını güllə ilə öldürdü

Dəhşət: Oğul atasını güllə ilə öldürdü

Dünən Yardımlıda dəhşətli qətl hadisəsi törədilib. AzNews.az xəbər verir ki, hadisə 17:00 radələrində Alar kəndində qeydə alınıb. 17 yaşlı Qaçay Şahverdiyev ailə münaqişəsi zəminində ov tüfəngi ilə atası Cabir Şahverdiyevi güllələyib. C. Şahverdiyev aldığı güllə yarasından həyatını itirib. Hazırda Yardımlı rayon Polis şöbəsinin rəisi və rayonun prokuroru hadisə yerindədir. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə