Kürdəmir rayonunda ferma yanıb

Kürdəmir rayonunda ferma yanıb. Fövqəladə Hallar Nazirliyindən verilən SİA-ya verilən məlumata görə, hadisə bu gecə rayonun Muradxan kəndində baş verib.

Ümumi sahəsi 2200 m2 olan tikilinin yanar konstruksiyaları, içərisinə yığılmış 4000 ton ot bağlaması və yaxınlıqda 1 ha sahədə kol-kos yanıb.

Bitişik ümumi sahəsi 6200 m2 olan digər tikili, ümumi sahəsi 1400 m2 olan talvar və altına yığılmış 6000 ton ot bağlaması, 300 ton arpa-buğda yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə