10 otaqlı inzibati bina yandı Qəbələdə

10 otaqlı inzibati bina yandı Qəbələdə

Avqustun 20-də gecə saatlarında Qəbələ rayonunda yanğın baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, rayonun Tüntül kəndində ümumi sahəsi 460 kavdratmetr olan birmərtəbəli 10 otaqlı inzibati bina içərisindəki əşyalarla birlikdə yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Alov saat 05:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə