Abşeron rayonu, Masazır qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 33 m² olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğının kəşfiyyatı zamanı tikilidə 1 nəfərin yanmış meyiti aşkar olunub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB