Türkiyənin Van bölgəsində İpək Yolu rayonundakı polis mərkəzinə partlayıcı yüklü avtomobillə hücum təşkil olunub. Anadolu informasiya agentliyinin məlumatına görə, törədilən partlayış nəticəsində 3 nəfər ölüb, 2-si polis əməkdaşı olmaqla 40 nəfər yaralanıb. Yaralılar xəstəxanalara yerləşdirilib.
Hadisədən dərhal sonra əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Zırehlı texnika və çoxsaylı polisin cəlb olunduğu əməliyyat nəticəsində hadisəni törədən terrorist yaralı olaraq yaxalanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB