Zərdabda ikimərtəbəli ev yanıb

Zərdabda ikimərtəbəli ev yanıb

Zərdabda yanğın hadisəsi qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) saytının verdiyi xəbərə görə, Zərdab rayonu, Şahhüseynli kəndində vətəndaşa məxsus ümumi sahəsi 180 m2 olan ikimərtəbəli 4 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə