Paytaxtda iki nəfər dənizdə boğulub

Paytaxtda iki nəfər dənizdə boğulub

Bakıda iki nəfər dənizdə boğulub. SİA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, avqustun 16-da Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki dəniz çimərliyində Bakı şəhər sakini Vüsal Qədirov və Massallı rayon sakini Amil Əliyev çimərkən boğulublar. V.Qədirovun meyiti çıxarılıb, A.Əliyevin meyitinin tapılması üçün tədbirlər görülür.

Araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə