İranda İŞİD-in əsas üzvlərindən biri öldürülüb

İranda İŞİD-in əsas üzvlərindən biri öldürülüb

İranın Kirmanşah əyalətində keçirilən əməliyyat nəticəsində İŞİD terror qruplaşmasının əsas üzvlərindən biri məhv edilib, bir neçə nəfər isə həbs olunub. SİA xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.

Məlumata görə, əməliyyat zamanı daha üç nəfər də öldürülüb. Kirmanşah əyalətinin polis rəisi Məniçöhr Aman Ellahinin sözlərinə görə, terrorçuların birinin üzərində partlayıcı kəmər aşkarlanlıb.

Məhv edilən terrorçuların İŞİD qruplaşmasının üzvü olduğu bildirilir. Onlar İranın müxtəlif şəhərlərində terror aktları həyata keçirməyə hazırlaşırmışlar.

Bütün xəbərlər Facebook səhifəmizdə