Geyim əşyaları mağazası yanıb

Bakının Nəsimi rayonunda üçmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus, ümumi sahəsi 75 kv/m olan geyim mağazasının anbarında geyim əşyaları 17 kv/m sahədə yanıb. SİA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, anbarın qalan hissəsi və mağaza yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə