Paytaxtın Sabunçu rayonunda ümumi sahəsi 4 min kvadratmetr olan "BIG Store" ticarət mərkəzində yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, vətəndaşa məxsus ticarət mərkəzinin 300 kvadratmetr sahəsi yanıb. Yüksək temperaturdan obyektin tavanı 1050 kvadratmetr sahədə dağılıb.
Hadisə zamanı ticarət mərkəzinin yerləşdiyi binadan 90 sakin (30-u uşaq) təxliyə olunub. Onlardan on nəfəri tüstüdən zəhərlənmə diaqnozu ilə təcili tibbi yardımla xəstəxanaya aparılıb.
Ticarət mərkəzinin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub.
Alov yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB