Kürdəxanıda ağır yol qəzası 3 ölü

Kürdəxanıda ağır yol qəzası 3 ölü

Avqustun 11-də saat 20 radələrində paytaxtın Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər ölüb, beş nəfər xəsarət alıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, hadisə Bakı şəhər sakinləri Elçin Əfəndiyevin, Mirhəşim Abbasovun və Süleyman Novruzlunun idarə etdikləri, müvafiq olaraq, "Mercedes", "Opel" və "Hyundai" markalı avtomobillərin toqquşması nəticəsində baş verib.

Nəticədə "Mercedes" markalı avtomobildə olan bir sərnişin, M.Abbasov və avtomobilindəki 3 sərnişin, habelə S.Novruzlu və 2 sərnişini xəstəxanaya yerləşdiriliblər. S.Novruzlu, M.Abbasov və sərnişin Ramidə Hüseynovanın həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə