Bakı-Quba yolunda qəza oldu, bir nəfər xəsarət aldı

Bakı-Quba yolunda qəza oldu, bir nəfər xəsarət aldı

Bakı-Quba avtomobil yolunda qəza baş verib. Region TV-nin məlumatına görə, hadisə magistralın 83-cü kilometrliyində, Siyəzən rayonunun Zarat kəndi ərazisində qeydə alınıb. 10 VB 986 dövlət nömrə nişanlı "Hyunday" markalı nəqliyyat vasitəsi ilə 90 AB 848 dövlət nişanlı "Mitsubişi" markalı avtomobil toqquşub.

Qəza nəticəsində hər iki maşın yoldan çıxaraq aşıb. "Hyunday"da olan iki sərnişin və "Mitsubişi"də olan bir nəfər xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə