Bu gün günorta saatlarında Səbail rayonunda bədbəxt hadisə baş verib. Səs TV-nin verdiyi məlumata görə, Mirzə Fətəli Axundov adına Milli Kitabxanada çalışan usta ehtiyasızlığ nəticəsində ağır bədən xəsarəti alıb. Usta əməkdaşların köməyi ilə kitabxananın önündən təsadüfən keçən təcili tibbi yardım maşınına mindirmək və xəstəxanaya aparmaq istəyiblər. Lakin hələlik dəqiqləşdirə bilmədiyimiz özəl tibb klinikalarından birinə məxsus 99 JH 741 dövlət nömrə nişanlı təcili-tibbi yardım maşını xəstəni aparmaqdan qəti şəkildə imtina edib. Hadisə şahidləri, yaxınlıqdakı binaların sakinləri, hətta dövlət yol polisinin əməkdaşları israr etsələr də təcili yardım maşınının həkimləri başqa xəstə üçün gəldiklərini bəhanə gətirərək xəstəni, sözün həqiqi mənasında, yolda atıb gediblər.
Sakinlərin, hətta yaxınlıqda xidməti vəzifəsini yerinə yetirən dövlət yol polislərinin tələbinə laqeyd yanaşan tibb işçilərinin xəstəyə bu cür yanaşması heç cür başa düşmək olmur. Bəs, Hippokrat andı?
Xoşbəxtlikdən yaxınlığdan keçən Səhiyyə Nazirliyinin (103) Təcili Tibbi Yardım stansiyasının avtomobili xəstənin köməyinə vaxtında çatıb. Dövlət Yol Polisinin əməkdaşları xəstəni təcili tibbi yardım maşınına əyləşdirib yola salıblar.
Xəsarət almış usta haqqında Mirzə Fətəli Axundov adına Milli Kitabxananın rəhbərliyindən məlumat almaq istəsək də, əməkdaşlar qeyd etdilər ki, müdir xəsarət almış usta ilə birlikdə xəstəxanaya gedib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB