Corablarından 87,39 qram qızıl çıxdı

Corablarından 87,39 qram qızıl çıxdı

Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun piyada xəttinə Rusiya Federasiyası istiqamətindən daxil olan Azərbaycan Respublikası vətəndaşının üzərində şəxsi yoxlama aparılıb. SİA-nın məluamtına görə, yoxlama zamanı, həmin vətəndaşın ayağındakı corablardan - 1 ədəd cib saatı qabı, 2 ədəd qolbaq, 1 ədəd boyunbağı, 1 cüt sırğa, 2 ədəd sırğa tayı və 1 ədəd sırğa tayının keçirmə hissəsi olmaqla, ümumi çəkisi 87,39 qram olan qızıl məmulatı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə