İçkili dənizə girdi boğuldu

Lənkəranda dənizdə boğulma hadisəsi baş verib. SİA-nın Cənub bürosunun verdiyi xəbərə görə, hadisə Lənkəranın Vel kəndində, tikintisi yarımçıq qalmış dəniz limanı ərazisində baş verib.

Lənkəranın Moloja kəndinin təxminən 34-35 yaşlı sakini içkili vəziyyətdə çimərlikdə çimərkən boğulub. Onun meyitini çimərlikdə olan tanışları sudan çıxarıb. Hadisə yerinə təcili yardım çağırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə