Qəbələdə köməksiz qalan şəxslər xilas edildi

Qəbələdə köməksiz qalan şəxslər xilas edildi

Qəbələ rayonunda dağlıq ərazidə köməksiz qalan şəxslər xilas edilib. SIA Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qəbələ rayonu, Laza kəndində dağlıq ərazidə 2 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal FHN-nin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq vətəndaşları yüksəklikdən təhlükəsiz əraziyə təxliyyə ediblər. Əməliyyat saat 12:00-da başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə