Şirvan polisi axtarışda olan Mahir Əliyevi tutub. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Şirvan ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 19-da və 27-də Zülfəli Cəbiyevə, Mirdadaş Həsənova və Taleh İbrahimova məxsus evlərdən pul və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən, Cinayət Məcəlləsinin 177 ci (oğurluq) maddəsi ilə axtarışda olan Mahir Əliyev tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB