Bakı sakinindən silah tapıldı

Bakı sakinindən odlu silah götürülüb. SİA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Səbail RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Vaqif Əliyevdən "Naqan" tipli tapança və 2 ədəd patron aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə