Çayda batmaqda olan şəxs xilas edilib

Çayda batmaqda olan şəxs xilas edilib

Kür çayında batmaqda olan şəxs xilas edilib. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, Dövlət Sularda Xilasetmə Xidmətinə Şirvan şəhərində Kür çayında 1 nəfərin çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 14:55-də başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə