Biçilməmiş taxıl sahəsi yanıb

Biçilməmiş taxıl sahəsi yanıb

Səhər saatlarında Goranboy rayonunda biçilməmiş taxıl sahəsi yanıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, rayonun Rus Borisi kəndində 500 m2 sahədə biçilməmiş taxıl sahəsi və 4 ha sahədə quru ot yanıb. Yaxınlıqdakı digər biçilməmiş taxıl sahələri yanğından mühafizə olunub.

Yanğın saat 07:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə