İnternet klubda yanğın

Bakı şəhərində yanğın qeydə alınıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, hadisə Nərimanov rayonunda qeydə alınıb. Belə ki, yaşayış binasının zirzəmisində yerləşən vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan internet klubun mətbəxində hava təmizləyici qurğu yanıb. Mətbəx yanğından mühafizə olunub. Yanğın saat 06:49-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə