İmişlidə baş verən qəzada 27 yaşlı sürücü ölüb. APA xəbər verir ki, qəza nəticəsində ölən Anar Hüseynov iyunun sonunda Daxili İşlər naziri general-polkovnik Ramil Usubovun əmri ilə təqaüdə göndərilən Lənkəran ŞRPŞ-nin rəisi polis polkovniki Möhübbət Hüseynovun oğludur. Hadisə axşam saatlarında Kürdəmir-İmişli magistralında, Allahmədətli kəndi ərazisində qeydə alınıb. "Range Rover" markalı, 90 EP 003 dövlət nömrə nişanlı avtomobili idarə edən İmişli rayonunun Bəcirəvan kənd sakini, 1989-cu il təvəllüdlü Hüseynov Anar Möhübbət oğlu sərt döngədə idarəetməni itirərək avtomobili aşırıb. Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB