Səhər saatlarında Ağdaş şəhərində "Hummer" markalı minik avtomobili idarəetməni itirərək yol kənarında ağaca çırpılıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalan vətəndaşı çıxarıb və aidiyyəti üzrə təhvil verib.
Əməliyyat saat 05:57-də başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB