Avtomobillər toqquşdu

Şəki şəhərində vətəndaşlara məxsus "Qaz" markalı yük avtomobili ilə "Opel" markalı minik avtomobili toqquşub. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, nəticədə "Opel" markalı minik avtomobilinin yanar hissələri yanıb. Digər avtomobil yanğından mühafizə olunub. Yanğın saat 15:13-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə