Bakının Xətai rayonunda 2 mənzildə yanğın baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 58 m² olan 4 otaqlı mənzilin 2 otağının, hamamın və eyvanının yanar konstruksiyaları 38 m² sahədə, digər vətəndaşa məxsus ümumi sahəsi 50 m² olan 2 otaqlı mənzilin eyvanında 1 ədəd rəf və 1 m² sahədə tavan yanıb.
Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB