Ağcabədi rayonunda vətəndaşa məxsus ev yanıb. Fövqəladə Hallar Nazirliyinin rəsmi saytının yaydığı xəbərdə deyilir ki, ümumi sahəsi 169 m² olan birmərtəbəli, 3 otaqlı evin çardağının yanar konstruksiyaları 30 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 16:21-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB