Bakıda "Mercedes" markalı avtomobil yandı

Bakıda  "Mercedes" markalı avtomobil yandı

Paytaxt Bakıda daha bir yanğın hadisəsi qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytının verdiyi xəbərə görə, Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin mühərrikinin yanar hissələri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın dünən axşam saat 21:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə