Sumqayıtda yanğın olub

Sumqayıt şəhərində vətəndaşa məxsus ev yanıb. SİA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Sumqayıt şəhərində yanğın nəticəsində vətəndaşa məxsus ümumi sahəsi 60 m2 olan birmərtəbəli 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları və ev əşyaları 40 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 12:07-də yanğınsöndürənlər tərəfindən söndürülüb

Bütün xəbərlər Facebook səhifəmizdə