Zərdab rayonunda yanğın qeydə alınıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, rayonunƏlibəyli kəndində vətəndaşa məxsus ümumi sahəsi 88 m2 olan tövlənin çardağının yanar konstruksiyaları və çardağına yığılmış 3 ton ot bağlamasının 2 tonu yanıb. Ot bağlamasının qalan hissəsi, 2 ton buğda və yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın saat 06:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB