Yevlax-Xaldan yolunda üç avtomobil toqquşub, iki nəfər ölüb

Yevlax-Xaldan yolunda üç avtomobil toqquşub, iki nəfər ölüb

Yevlaxda biri Qarabağ müharibəsi əlili olmaqla, 2 nəfər yol-nəqliyyat hadisəsi nəticəsində ölüb. Hadisə Yevlax-Xaldan yolunda baş verib. Ağdam rayon sakini Şükürov Elgiz Baxşeyiş oğlunun idarə etdiyi "Tavria" markalı 02 BJ 125 dövlət nömrə nişanlı minik avtomobili "KamAZ markalı yük maşını ilə toqquşub. Nəticədə sürücü E. Şükürov və sərnişin, Ağdam rayon sakini Məmmədquliyev Azər ölüb.

Faktla bağlı cinayət işi başlayıb, araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə