Ağdam sakinindən silah və narkotik maddə götürülüb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Ayaqqərvənd kənd sakini Mübariz Məmmədovun evinə baxış zamanı müvafiq sənədləri olmayan TOZ-8 markalı ov tüfəngi və 9 ədəd patron aşkar edilərək götürülüb.
Onun həyətyanı sahəsində kultivasiya yolu ilə yetişdirilmiş 14 ədəd çətənə kolu da aşkar edilərək götürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB