400 min sakin öz evlərini tərk edib

400 min sakin öz evlərini tərk edib

Hindistanın şimal-şərqində baş verən daşqında azı 43 insan həlak olub. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, bölgədə güclü yağışlar bir neçə gün əvvəl başlayıb. Assam ştatında ölənlərin sayı 21 nəfərə çatıb.

Daha iki milyon insan təbii fəlakətdən əziyyət çəkir. Bixar ştatında isə 22 nəfər həlak olub.

Ştatın 400 min sakini öz evlərini tərk etməyə məcbur olub.

Bütün xəbərlər Facebook səhifəmizdə