Xəzərdə yanğın

Bakıda yanğın olub. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, Xəzər rayonunda baş verən hadisə zamanı vətəndaşa məxsus ümumi sahəsi 8 m2 olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 13:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə