Gəncədə piyadanı avtomobil vurub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Atatürk prospektində qeydə alınıb. Şəhər sakini, 1961-ci il təvəllüdlü Minurə Rəcəbli yolu keçmək istəyərkən "VAZ" markalı avtomobil onu vurub. Xəsarət alan qadın dərhal xəstəxanaya aparılıb. Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB