1 ədəd ov bıçağı aşkar olunub

1 ədəd ov bıçağı aşkar olunub

Moskva-Gəncə aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı gömrük nəzarətindən keçərkən, onun baqajına rentgen aparatı vasitəsi ilə baxış keçirilib və monitorda bıçağın təsvirləri əks olunduğuna görə müvafiq qanunvericiliyə uyğun olaraq təkrar yoxlama aparılıb. SİA-nın məlumatına görə, yoxlama zamanı sərnişinə məxsus çantanın içərisindəki şəxsi əşyaların arasından gömrük nəzarətinə təqdim olunmayan 1 ədəd ov bıçağı aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə