Yeni Günəşlidə yanğın olub

Bakıda yaşayış evi yanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsi "V" yaşayış sahəsində yaşayan Valentina Zaqayevskayanın mənzilində yanğın baş verib. Nəticədə 54 kvadratmetr sahədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb.

Yanğın nəticəsində V.Zaqayevskaya, nəvələri Nərmin və Kamran xəsarət alıblar. Onlar xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə