Şamaxıda 3 yeniyetmə göldə çimərkən boğulub. Şahidlərin sözlərinə görə Məhəbbət Bəkirov, Qadir Axundov və Rövşən Səfərov balıq tutmaq üçün gölə gediblər. Lakin yeniyetmələrdən birinin ayağı sürüşərək suya yıxılıb. Yoldaşları onu xilas etməyə cəhd edib və üzməyi bacarmadıqları səbəbindən suda boğularaq ölüblər. Onların cəsədi Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupunun əməkdaşları tərəfindən sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB