Gəncənin Dədə Qorqud küçəsində yol qəzası olub. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, Göygöl rayon Şəhriyar kənd sakini 32 yaşlı Eldar Həsənovun "VAZ 2107" markalı avtomobili ilə Samux rayon sakini 29 yaşlı Məhərrəm Bayramovun idarə etdiyi "Mercedes" markalı avtobus toqquşub. Daha sonra avtobus yolun kənarında dayanan "Mercedes" markalı minik avtomobilinə çırpılıb. Qəza zamanı VAZ-da olan sərnişinlər - 51 yaşlı Solmaz Məmmədova və onun qızı, 27 yaşlı Şəhla Məmmədova müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Solmaz Məmmədovaya ilkin tibbi yardım göstərilib və o ambulator müalicə almaq üçün evə buraxılıb. Orta ağır vəziyyətdə olan Şəhla Məmmədova isə palataya yerləşdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB