Futbol komandası qəzaya düşdü

ABŞ-ın cənub-qərbində yerləşən Arizona ştatında "Dallas Cowboys" futbol komandasının avtobusu furqonla toqquşub. Hadisə nəticəsində 4 nəfər həlak olub. ABC telekanalı xəbər verir ki, insident Kinqman şəhərində baş verib.

Qəza nəticəsində ölənlərin hamısı furqonun sərnişinləri olub. Avtobusun sərnişinləri isə yüngül xəsarətlər alıblar. Onların arasında futbolçular yoxdur.

Qəzanın başvermə səbəbləri araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə