Şamaxıda 3 yeniyetmə oğlan göldə boğulub öldü

Şamaxıda 3 yeniyetmə oğlan göldə boğulub öldü

Şamaxı rayonunda 3 yeniyetmə oğlan göldə çimərkən boğulub. APA-nın yerli bürosnun məlumatına görə, hadisə dünən saat 18:00 radələrində Şamaxı şəhərinin yaxınlığındakı Şirvangöldə qeydə alınıb.

Ehtiyatsızlıqdan boğularaq həyatlarını itirən 13-16 yaşlı yeniyetmələrin adları hələ müəyyən deyil. Onların meyiti 19:30 radələrində Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupunun əməkdaşları tərəfindən sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Hadisənin necə baş verdiyi məlum deyil. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir Faktla bağlı Şamaxı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə