Partlamamış hərbi sursat aşkar olunub

Partlamamış hərbi sursat aşkar olunub

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik tərəfindən Ağcabədi rayonunda aşkar olunmuş partlamamış hərbi sursat haqqında hesabat yayıb. Agentlikdən SİA-ya verilən məlumata görə, iyulun 24-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinə Ağcabədi rayonu Qiyaməddinli kəndi ərazisindən keçən Qar-Qar çayının içərisində partlamamış mərminin aşkar olunması barədə məlumatlar daxil olub. Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Mütəxəssislər tərəfindən əraziyə baxış keçirilib, aşkar olunmuş 1 ədəd partlamış top mərmisinin ballistik qapağı götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Sursatın ətrafında 3 min kvadratmetr əraziyə yerüstü baxış keçirilib, təhlükəli əşya və qurğu aşkar edilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə