FHN yanğınla bağlı məlumat yaydı

FHN yanğınla bağlı məlumat yaydı

Fövqəladə Hallar Nazirliyi (FHN) axşam saatlarında Tovuz rayonunun Qovlar şəhərində baş verən yanğınla bağlı məlumat yayıb. SİA-nın FHN-in saytına istinadən xəbər verir ki, yanğın nəticəsində vətəndaşa məxsus kürsülü, ümümi sahəsi 160 kv.m olan birmərtəbəli 5 otaqlı evin 2 otağının yanar konstruksiyaları 28 kv.m, 1 otağın tavanı 22 kv.m, ona bitişik ümumi sahəsi 90 kv.m olan talvarın lambirdən ibarət tavanı və talvarın altında dayanmış "Opel" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Yaşayış evinin qalan hissəsi və digər bitişik ev yanğından mühafizə olunub. Yanğın saat 19:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə